Tərlan Əhmədovun “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra isə təcrübəli hücumçunun qara günləri başlayıb. Məşqdə intizamsızlığa yol verən Rauf əsas komandadan uzaqlaşdırılıb. "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov isə "Rauf Əliyev təcrübəli futbolçudu, bizə göndərilsə, məmnuniyyətlə onun təcrübəsindən istifadə edəcəyik" söyləmişdi.
Görəsən, millinin sabiq hücumçusu əvəzedici heyətlə məşqlərə qatılır? Bunu aydınlaşdırmaq üçün Xaliq Mərdanovla əlaqə saxladıq:
"Həmişə təcrübəli futbolçuların xidmətindən yararlanmaq istəmişəm. Rauf Əliyev də təcrübəsi, əzmi, mübarizliyi ilə seçilən futbolçudu. Onu heyətdə görməyə şad olarıq. Amma məsələ burasındadı ki, Raufla bağlı 5 oyunluq cəza tədbiri açıqlanandan sonra heç bir məşqimizə qoşulmayıb. 4 gündü "Araz Naxçıvan"la matçın hazırlığına start vermişik. Lakin millinin sabiq hücumçusundan səs-soraq yoxdu. Çempionatın lideri ilə oyunda onun xidmətindən yararalansaq, yaxşı olardı".
Məsələ ilə bağlı Raufla danışmaq istəsək də, zənglərə cavab vermədi.
ABDULLA İSMAYILOĞLU






