“Mançester Siti”nin futbolçusu Erlinq Holann Premyer Liqada “Vest Hem”I məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, 2:0 hesabıyla başa çatan matçda dubl edən norveçli forvard bunları deyib:
“Yaxşı başlanğıc oldu. Bizdən gözləntilər böyükdü və zamanla potensialımız üzə çıxacaq. Bu matçda daha çox qol vura bilərdik. Məşqlərdə çalışırıq. Düzdü, daha çox qol imkanım var idi. Zamanla hər biri düzələcək”.