“Düzgün oynaya bilmədik" - Tuxel

7.09.2022 14:48 392
Çempionlar Liqası
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Dinamo”ya (Zaqreb) qarşı keçirdikləri matçı şərh edib.

"Football-plus.az" xəbər verir ki, alman mütəxəssis 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Düzgün oynaya bilmədik. Biz tarixi olan komandayıq. Yaxşı başlayırıq, lakin imkanları dəyərləndirə bilmirik. Sonra bir əks-hücum və qol. Bundan sonra problemlər başlayır. Bizə lazım olan yerlərdə ola bilmədik. Daha yaxşı olmalıyıq. Məğlubiyyətin səbəbini araşdıracağıq. Təhlil edib, birlikdə çıxış yolu tapacağıq”.