"Avropa Liqasında özümüzü sübut etmək istəyirik" - "Frayburq"un baş məşqçisi

29.08.2022 14:51 456
Avropa Liqası
"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".

"Football-plus.az" "Dpa" nəşrinə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis noyabradək sıx təqvimlə üz-üzə olacaqlarını bildirib:

"Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir. Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".


Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.