“Zirə” İsraildə biganəliklə üzləşib – RƏSMİ AÇIQLAMA

28.07.2022 16:33 637
Konfrans Liqası
“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə "Makkabi" ilə cavab matçına çıxır.

"Qartallar"ın bu görüşdə Təl-Əvivdə yaşayan azərbaycanlılar və ya ölkəmizdən köç etmiş yəhudilər tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi maraq doğurur. Bu yöndə kluba müraciət olub?

"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"İyulun 26-dan Təl-Əvivdəyik. Bu iki gündə komandaya dəstək vermək üçün bizə müraciət edənlər olmayıb. ".


ABDULLA İSMAYILOĞLU