Millimizin rəqibində yeni baş məşqçi

31.08.2022 15:27 322
İdman
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Slovakiyanın yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" xəbər verir ki, komandanı Françesko Kaltsona çalışdıracaq. Bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

54 yaşlı italiyalı mütəxəssislə 2023-cü ilin sonunadək nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Slovakiya yığması C Liqasının 3-cü qrupunun Bakıda keçirilən oyununda millimizi 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci matç 22 sentyabr tarixində Slovakiyada baş tutacaq.