Millinin rəqibi məğlub oldu

26.03.2022 00:06 655
Yığma
Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib.

Millimizin rəqibi səfərdə Norveçlə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə sona çatıb.

Qeyd edək ki, ​Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.