Millimizlə oyun öncəsi istefaya göndərildi - RƏSMİ

7.06.2022 19:05 450
Yığma
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən biri olan Slovakiya millisi baş məşqçisi Ştefan Tarkoviçi istefaya göndərib.

"Football-plus.az" Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bu qərar verilib. Bu qərarın verilməsinin səbəbi yığmanın qeyri-kafi nəticələri və qeyri-qənaətbəxş çıxışları olub.

Slovakiya millisinə növbəti oyunlarda Samuel Slovak - Marek Mintal cütlüyünün başçılıq edəcəyi vurğulanıb.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.