"Mançester Siti"nin sabiq futbolçusu Azərbaycan klubuna təklif olundu - ÖZƏL

30.08.2022 21:30 7 022
Premyer-liqa / Manşet
Qana millisinin üzvü Yo Yeboa karyerasını Azərbaycanda davam etdirə bilər.

“Football-plus.az” xəbər verir ki, hücumçu "Zirə"yə təklif olunub. 25 yaşlı forvard hazırda ABŞ-ın "Kolumbus" klubunda çıxış edir. Qanalı MLS-də keçirdiyi 16 oyunda 1 məhsuldar ötürmə ilə diqqəti çəkib.

Qeyd edək ki, Yo Yeboanın zəngin karyerası var. Forvard "Mançester Siti"nin U-21 və U-23, "Lill", "Tvente", "Ovyedo", "Numansiya" "Selta B", "Visla" (Krakov) kimi klublarda çıxış edib. "Kolumbus"la 2024-cü ilə qədər müqaviləsi var. Afrikalı forvardın hazırkı dəyəri 1,8 milyon avrodu.

İLKİN SULTANLI