Klublarımız yeni mövsümün hazırlıqlarını tam sürətlə davam etdirirlər.
Artıq premyer-liqa təmsilçiləri heyətlərini gücləndirməyə başlayıblar. Azərbaycan klubları transfer bazarında olduqca aktivdi. Müxtəlif menecerlər onlara futbolçular təklif edirlər. Bunlardan biri də ispaniyalı Naço Monsalvedi. 28 yaşlı müdafiəçi premyer-liqanin 4 təmsilçisinə təklif olunub. Müdafiəçi hazırda Polşanın "Lodz" klubuna məxsusdu. Onun transfer dəyəri 150 min avrodu. Futbolçu aylıq 10-12 min avroya ölkəmizdə oynamağa razıdı.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Naço "Departivo B", "Rayo Valekano", "Rekreativo", "Tvente, "Nak Breda", "Levski" (Sofiya) kimi klublarda çıxış edib.
İLKİN SULTANLI
"Atletiko"nun sabiq üzvü Azərbaycan klublarına təklif olundu - ÖZƏL
Premyer-liqa / Manşet
