Uels millisinin sabiq futbolçusu Neyl Teylor Azərbaycanda oynaya bilər.
"Football-plus.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya Azərbaycan, Hindistan və Türkiyə klublarından maraq var.
Hazırda azad agent olan sol cinah müdafiəçisi son dəfə "Midlsbro" forması geyinib.
O, karyerası ərzində "Mançester Siti", "Aston Villa", "Suonsi", "Reksem" klublarının da şərəfini qoruyub.
"Mançester Siti"nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər
Dünya futbolu




