"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.
O daha sonra Çexiyaya qələbə üçün getdiklərini bildirib:
"Nəticənin olmaması bizi üzdü. Əslində buna üzülmək bir tərəfdən sevindiricidi. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır".
Bununla belə, futbolçularla fəxr etdiklərini deyən Çelikel Avropa Liqasında bacardıqlarını etməyə çalışacaqlarını söyləyib:
"Qarabağ"ın adını Çempionlar Liqasında görmək istəyirdik. Avropa Liqasında əlimizdən gələni edəcəyik".





