"Football-plus.az" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Viktoriya"nın slovakiyalı futbolçusu Erik Yirka deyib
Sovakiya Futbol Federasiyasının rəsmi saytına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə bugünkü oyunun asan olmayacağını bildirib:
"Bu mövsüm çətin olacaq. Azarkeşlərimiz bizi çempionatda zirvədə görmək istəyir və yenidən titul qazanacağımıza inanırlar. Çempionlar Liqasının pley-offuna gəlincə, asan olmayacaq. Ancaq yaxşı heyətimiz var və irəliləmək istəyirik".
Qeyd edək ki, bu gün keçiriləcək matç saat 20.45-də start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 23-də Çexiyada olacaq.





