Avropa İttifaqının səfiri "Qarabağ"ı təbrik etdi

11.08.2022 11:33 455
Çempionlar Liqası
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb, Mixalko postunda bunları qeyd edib:

"Qarabağ"ı bir daha təbrik edirəm. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Yenə möhtəşəm futbol matçı oldu".


Mixalko bundan əvvəl Ağdam təmsilçisini 3-cü təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik etmişdi.

“Qarabağ” iki oyunun nəticəsinə görə (1:1, 3:1) Macarıstan klubunu mübarizədən kənarlaşdırıb. “Atlılar” pley-offda Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.