Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir.
"Qarabağ" səfərdə "Viktoriya" ilə qarşılaşacaq. Oyundan öncə komandamızın futbolçusu Abdullah Zubir mətbuat konfransında iştirak edib. O, fikirlərini bölüşüb:
“Rəqibi təhlil etdik, ötən həftə yaxşı tanıdıq. “Viktoriya” ilə oyuna fiziki və taktiki baxımdan hazırıq. Sabah mübarizə, yaxşı oyunla uğurlu nəticə qazanmağa və Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq. Bu turnirin qrupunda heç vaxt oynamamışam. Mən və komanda yoldaşlarım bu addımı atmağa hazırıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.