"Yaxşı futbol göstərmək istəyirik" - Ozobiç

24.08.2022 10:17 421
Çempionlar Liqası
"Qarabağ"ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiyada "Viktoriya"ya qarşı oyun (1:2, ilk oyun - 0:0) barədə fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı futbolçu bunları deyib:

"Təəssüf ki, bura kimi gəldik, amma bu qrupa düşə bilmədik. Futbolda belə şeylər olur. Çox məyusuq. İrəli baxmalıyıq".


Matçda komandamızın yeganə qolunu vuran yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsindən gözləntilərini bölüşüb:

"Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Yaxşı futbol göstərmək istəyirik. Necə ki, keçən mövsüm Konfrans Liqasında qrupdan çıxdıq, bu mövsüm də Avropa Liqasında buna nail olmaq istəyirik".