"Viktoriya" “Qarabağ”la görüşdə də üç mərkəz müdafiəçisi ilə oynaya bilər - AÇIQLAMA

15.08.2022 12:48 496
Çempionlar Liqası
“Bizim müdafiə xəttimizdə ciddi problemlər var idi. "Hradeç Kralove" ilə matçda stoper üçlüyü özünü yaxşı tərəfdən göstərə bildi”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri Plzenin “Viktoriya” klubunun baş məşqçisi Mixal Bilek Çexiya çempionatında "Hradeç Kralove"ya qarşı səfər matçı barədə danışarkən deyib. Bu görüşdə “Viktoriya” 2:1 hesabı ilə qalib gəlib.

Bununla da, Plzen təmsilçisi “Qarabağ”la Çempionlar Liqasının Bakıda keçiriləcək “pley-off”un ilk matçına qələbə ilə gəlir.

57 yaşlı çexiyalı mütəxəssis deyib ki, “Qarabağ”la görüşdə də üç mərkəz müdafiəçisindən istifadə edə bilər:

“Bu, həmin görüşə qədər futbolçuların durumundan asılı olacaq. Jemelka və Tidjani bu işin öhdəsindən gələ bildilər. Onlar ilk dəfə birlikdə bu sistemdə oynayırdılar və bəlkə də buna görə, əla oyun gözləmək olmazdı. Amma hər ikisi müdafiədə səliqəli çıxış etdilər”
.

Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20.45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.