"Bakıda çox işim olacağını gözləyirdim" - "Viktoriya"nın qapıçısı

18.08.2022 12:49 368
Çempionlar Liqası
Çexiyanın "Viktoriya" klubunun qapıçısı Yindrix Stanek Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la keçirdikləri ilk oyunu haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı qolkiper Azərbaycan təmsilçisinin yüksək səviyyəli komanda olduğunu deyib:

"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadı. Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab matçını öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdı. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".