"Qarabağ" bu göstəricilərlə birincidi - Çempionlar Liqası

18.08.2022 11:28 495
Çempionlar Liqası
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Footbal-plus.az" xəbər verir ki, "Qarabağ" ÇL-də bu mövsüm topa ən çox sahib olan komandadı. Ağdam təmsilçisi 64 faizlə 1-ci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 2-ci (62 faiz), Şotlandiya "Reyncers"i isə 3-cüdü (56 faiz).

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ən çox qol vuran komandalar siyahısında isə 14 qolla 2-ci pillədə qərarlaşıb. "Budo Qlimt" (Norveç) 19 qolla 1-cidir.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya"sı (Plzen) ilə qolsuz heç-heçə edib. Bu komandalar arasında avqustun 23-də Çexiyadakı cavab matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.