"Qarabağ" keyfiyyətli rəqibdi" - "Viktoriya"nın sabiq baş məşqçisi

17.08.2022 17:34 518
Çempionlar Liqası
"Viktoriya"nın (Plzen) sabiq baş məşqçisi Roman Pivarnik Plzen təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi ilk oyun haqda fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, 2016/2017 mövsümündə Çexiya klubunu çalışdıran 55 yaşlı mütəxəssis "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları 3-cü təsnifat mərhələsinin oyunlarından danışıb:

"Çox gözəl xatirələrdi. Səfər oyunundan sonra mərhələ adlamışdıq. "Qarabağ" burda qiymətləndirilməyən komanda idi. Amma keyfiyyətli və əla oyunçuları var idi. İndi də elədi. Yüksək büdcələri və mükəmməl futbolçuları olan keyfiyyətli komandadı. Son illərdə müntəzəm olaraq avrokuboklarda iştirak edirlər. Bir sözlə, "Qarabağ" keyfiyyətli rəqibdi".


Bu gün keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də start götürəcək.