"Football-plus.az" xəbər verir ki, Çexiya mətbuatına danışan müdafiəçi Plzen təmsilçisinin mərhələ adlamasını istədiyini deyib:
"Qarabağ"ın yox, "Viktoriya"nın mərhələ adlamasını istərdim. Çexlərin Bakıda keçiriləcək ilk oyunda isti hava şəraitinin öhdəsindən necə gəlməyi vacib olacaq. Hava onlar üçün əlavə rəqib olacaq. Onlar nəfəs almaqda çətinlik çəkəcəklər. "Qarabağ"ın "Sürix" və "Ferentsvaroş"la oyunlarını izləmişəm. Əla görünürdülər".
Pavel "Qarabağ"ın Azərbaycan çempionatında rəqibi olmadığını əlavə edib:
"Bir il əvvəl "Neftçi" son turda "Qarabağ"dan çempionluğu almışdı. Lakin maliyyə və sabitlik baxımından "Qarabağ"ın böyük üstünlüyü var. Qurban Qurbanov bütün kluba nəzarət edir. Arxalarında onlara güc verən biri var. Klubun yaxşı pulu var və legioner gətirə bilirlər. "Qarabağ" həqiqətən güclüdü".
2017-ci ili "Neftçi"də icarədə keçirən Dreksa Qurban Qurbanovun "Qarabağ"dakı işi və Azərbaycan futbolunun səviyyəsi haqda da danışıb:
"Qurbanov komandasını hər tərəfli hazırlayır. Sərtdi, möhkəm qaydaları var. Üstəlik komandanı taktiki baxımdan əla hazırlayır.
Azərbaycanda hər komandada təcrübəli legioner görə bilərsiz. Lakin ilk "4-lük"lə qalanları arasında fərqlər var. "Qarabağ" hamısından bir addım öndədi. Azərbaycan futbolunu Çexiya ilə müqayisə etmək düzgün olmaz. Azərbaycanda tamam başqa futbol oynanılır. Oyunlara az adam gəlir, klublar bilet satışı ilə elə də məşğul olmur. Qiymətlər isə azdı. "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Rapid"lə ev oyununa biletin qiyməti iki manat idi".

Bu gün keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20.45-də start götürəcək.