Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirəcək.
Football-plus.az xəbər verir ki, millimiz turnirin bürünc medalları uğrunda oyununda Əlcəzair yığması ilə qarşılaşacaq.
“Konya Cumhuriyet” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.