Millimiz məğlub oldu - KONYA-2021

14.08.2022 20:20 361
Yığma
Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında futbol yarışları davam edir.

Football-plus.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Finala vəsiqə qazanmaq uğrunda meydan sahibi Türkiyə millisi ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.

Millimiz avqustun 16-da bürünc medallar uğrunda oyunda Əlcəzair komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.