U-23 məğlubiyyətlə başladı - KONYA-2021

8.08.2022 20:45 463
Yığma
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

Football-plus.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət millimiz ilk matçını keçirib. Samir Əliyevin yetirmələri B qrupundakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanına uduzub - 0:1. Qrupun digər oyununda Mərakeş İranı məğlub edib - 3:0.

Qeyd edək ki, yığmamız növbəti matçını avqustun 10-da İrana qarşı keçirəcək.