Valdas Dambrauskasın ardından “Barselona”nın baş məşqçisi Hand-Diter Flik də mətbuat konfransı keçirdi.
“Football-plus.az” xəbər verir ki, konfransda dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə jurnalist iştirak etdi.
- Meydanda sizi necə bir rəqib gözləyir, nələrə diqqət yetirmək lazımdı?
- “Sabah” futbol oynamağı sevən komandadı. Biz hər rəqibə hörmət edirik. Yaxşı oynamağa çalışacağıq.
- Niyə Lamin Yamalı İspaniyada saxlamağa qərar verdiz?
- Əvvəllər də Yamalsız oynamışıq. Onu dünən yoxladıq və bura onsuz gələməyə qərar verdik.
- Yamalın mövqeyində kim oynayacaq?
- Hələ qərar verməmişəm. Ola bilər ki, dəyişikliklər olsun. Dörd həftədə 9 oyun keçirmişik, ilin sonuna qədər də gərgin oyun qrafikimiz olacaq.
- “Sabah”ın baş məşqçisi “Barselona”ya qarşı oyunçuları motivasiya etməyin çətin olmadığını söylədi. Sizin futbolçular üçün də belədi?
- Biz “Barselona”yıq. Rəqib ilk dəfə ÇL-ə qatılb, yaxşı oyun nümayiş etdirə bilir.
- Sonuncu matçda Yamal penaltidən istifadə edə bilmədi. Ona bu haqda nəsə dediz?
- Danışmamışam, ancaq bu barədə danışacam. Belə hallar baş verir.
- “Sabah” və “Barselona” oxşar oyun üslubuna malikdi. Rəqibinizi necə qiymətləndirirsiz?
- “Sabah”ı La Liqa komandaları ilə müqayisə edərdim. Rəqibin səviyyəsini yüksək qiymətləndirirəm. “Sabah” necə oynamalı olduğunu bilir.
İSRAYIL XEYRULLAYEV
“Sabah”ı La Liqa komandaları ilə müqayisə edərdim” – Hans-Diter Flik
Avrokuboklar / Manşet





