Millimiz Türkiyəyə məğlub olaraq medalsız qaldı

15.08.2022 15:15 358
İdman
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.

"Football-plus.az" xəbər verir ki, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabıyla məğlub olub.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla üz-üzə gələcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.