“Mançester Yunayted” rəhbərliyi premyer-liqanın “Liverpul”la oyununda meydandan qovulan Leni Yoronun cəzasıyla barışmayıb. İngiltərə nəhəngi onun aldığı qırmızı vərəqənin ləğvi üçün apellyasiya şikayəti verib.
"Football-plus.az" xəbər verir ki, fransalı müdafiəçi “Yunayted”in 0:4 hesabı ilə uduzduğu matçın 8-ci dəqiqəsində meydandan qovulub. Hakim Sem Barrott Yoronu Aleksander İsakın qapıçı ilə təkbətək çıxmasına mane olduğuna görə sərt cəzalandırıb. Onun qərarını VAR da təsdiqləyib.
“The Athletic” qəzetinin məlumatına görə, MY artıq İngiltərə Futbol Assosiasiyasına (İFA) apellyasiya niyyəti barədə məlumat verib. Qırmızı vərəqə qüvvədə qalarsa, Leni “Brentford”la noyabrın 28-nə təyin olunan matçı buraxacaq.
MY İFA-ya şikayət etdi
Dünya futbolu





