Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

10.08.2022 12:50 605
Yığma
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibinə texniki məğlubiyyət verilib.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir. Görüş baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə qarşılaşacaq.