Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

12.08.2022 09:09 361
Yığma
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Mərakeşlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

14.00. Azərbaycan U-23 – Mərakeş U-23

Qeyd edək ki, Samir Əliyevin başçılıq etdiyi millimiz ilk oyunda Səudiyyə Ərəbistanına uduzub (0:1), İranın oyuna gəlməməsinə görə isə texniki qələbə əldə edib.