"Football-plus.az" xəbər verir ki, forvard "ağ-qaralar"la cavab matçında yaxşı işlər görəcəyini deyib:
“Bu matçdakı kimi qol şansları yaratsaq, “Neftçi” ilə cavab matçında daha yaxşı işlər görəcəyik. Karyeramda yaşadığım bəzi çətin mərhələlər oldu. Bunun da öhdəsindən gələcəyik".
"Neftçi" ilk matçda Avstriya klubunu Bakıda 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 11-də olacaq.





