"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

8.08.2022 11:13 357
Konfrans Liqası
"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid"in futbolçusu Maksimilian Hofmann yerli çempionatda "Austria"ya (Lustenyau) qarşı keçirdikləri matçdan sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı müdafiəçi "ağ-qaralar"a qarşı keçirdikləri ilk oyundan da söz açıb:

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı. Uzun səfərə çıxmışdıq. Bu, "Austria" ilə matça bəhanə deyil. Yəni, çətin səfərimizi nəzərə alsaq, yaxşı mübarizə apara bildik".


"Neftçi" ilk matçda Avstriya klubunu Bakıda 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 11-də olacaq.