"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid" (Vyana, Avstriya) Bakı təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
"Football-plus.az" Avropanın ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tərkibdə 24 futbolçu yer alıb. Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer 2 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi, 5 hücumçuya ehtiyac duyub.
Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler
Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik (Slovakiya), 23. Yonas Auer
Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç (Serbiya), 16. Deyan Petroviç (Sloveniya), 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster
Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf (Niderland), 39. Rene Krivak, 41. Bernhard Zimmerman
Qeyd edək ki, "Neftçi" və "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.