“Arsenal” oyunçusunu “Reyms”ə göndərdi

6.08.2022 15:15 431
Dünya futbolu
Folarin Baloqun “Arsenal”ı növbəti dəfə tərk edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu gənc futbolçunu “Reyms”ə yollayıb. 21 yaşlı hücumçu 2022/23 mövsümünü Fransa klubunda icarədə keçirəcək. Qeyd edək ki, ötən mövsümü bu status ilə “Midlsbro”da keçirən Baloqun “Arsenal”ın əsas komandasında 10 oyuna çıxıb və 2 qol vurub.