“Arsenal” bir sıra klubların maraq dairəsinə düşən gənc futbolçusunu qoruyub.
Paytaxt klubu Edvard Nketia ilə müqaviləsini yeniləyib. London təmsilçisinin rəsmi saytının məlumatında ingilis hücumçunun komandada 2027-ci ilə qədər çıxış edəcəyi bildirilib. Qeyd edək ki, Nketia “Arsenal”ın yetirməsidi. O, indiyədək komandada 92 oyuna 23 qol vurub.