PSJ heyətinə yeni futbolçu cəlb edib.
Paris klubu “Reyms”dən Uqo Ekitikeni icarəyə götürüb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. PSJ gələn yay onun transfer hüququna sahib olacaq. Bunun üçün “Reyms”ə 28,5 milyon avro təzminat ödəniləcək.
Ekitike ötən mövsüm Liqa 1-də meydana çıxdığı 24 oyunda 10 qol vurub. 20 yaşlı forvard bu göstərici ilə komandasının ən yaxşı bombardiri olub.