“Arsenal”ın yeni kapitanı rəsmən müəyyənləşib.
Football-plus.az xəbər verir ki, bu status Martin Edeqora həvalə olunub. Qeyd edək ki, ötən mövsümün gedişində Pyer-Emerik Obameyanq “Arsenal”dan ayrıldığı üçün kapitanlıq sarğısı Aleksandr Lyakazettin qoluna keçmişdi. Ancaq fransalı futbolçu da buy ay klubdan azad agent kimi ayrılaraq “Lion”a qayıtmışdı.
Yeni kapitan Edeqor “Arsenal”da 2021-ci ilin yanvarından çıxış edir. 23 yaşlı norveçli yarımmüdafiəçi son mövsümdə bütün turnirlədə 40 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.