"Rapid" - "Neftçi" matçının biletlərinin qiyməti bəlli oldu

29.07.2022 14:46 438
Konfrans Liqası
Avstriyanın "Rapid" klubu "Neftçi"yə qarşı keçirəcəyi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiymətini açıqlayıb.

Football-plus.az xəbər verir ki, məlumatı Vyana təmsilçisinin rəsmi saytı yayıb.

A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodu. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.