Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
"Football-plus.az" xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferensvaroş”la qarşılaşacaq "atlılar" bu raundu keçə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Qurban Qurbanovun komandası aşağıdakı klublardan birinə rəqib olacaq.
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün məğlubu
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu
“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu
"Qarabağ" "Ferentsvaroş"la ilk oyunu sabah Bakıda keçirəcək. Matç saat 20.00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Macarıstanda olacaq.
Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək.