"Football-plus.az" xəbər verir ki, "Sport express"ə danışan rus mütəxəssis Ağdam təmsilçisi ilə bağlı deyib:
"Sürix" "Qarabağ"la dueldə uduzdu. Ona görə "Sürix" haqda danışmaq mənasızdı. "Qarabağ" uğur qazanmağa layiq idi. Amma yenə deyirəm, bazar ertəsi səhər tezdən rəqib haqqında düşünməyə başlayacağıq. Bakıya çərşənbə axşamı gedəcəyik. Bazar günü isə Macarıstan çempionatına start verəcəyik. Bu turnirdə qarşımızda maksimum tapşırıqlar var".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20.00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) start veriləcək.




