Qurban Qurbanov Stanislav Çerçesovu qabaqladı

1.08.2022 14:11 547
Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı məlum olub.

Football-plus.az xəbər verir ki, öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.

2 avqust
17.45 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı
18.10 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: "Azersun Arena"

2 avqust
19.15 "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı
20.00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd: Oyunundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidi.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 3-də keçiriləcək.