"Qarabağ"la ilk oyunu buraxacaq

1.08.2022 19:37 439
Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo zədələnib.

"Football-plus.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib. O bildirib ki, ABŞ-li futbolçu Bakıdakı oyunu buraxmalı olacaq.

Komandalar arasında avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşma saat 20.00-da start götürəcək.