"Qarabağ" - "Ferentsvaroş" oyununun vaxtı açıqlandı

28.07.2022 12:24 1 423
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə ilk oyununun vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, avqustun 3-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da start götürəcək.

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubunu mübariədən kənarlaşdırıb.