"Qarabağ"ın rəqibinin son dəqiqə sevinci

1.08.2022 00:54
Çempionlar Liqası
Macarıstan çempionatında yeni mövsüm start götürüb.

Football-plus.az
xəbər verir ki, "Ferentsvaroş" öz meydanında "Puşkaş Akademi"ni qəbul edib.

Görüş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Budapeşt klubuna qələbə gətirən yeganə qolu Kristoffer Zachariassen vurub. Norveçli forvard 90+4-cü dəqiqə fərqlənib.

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasındakı ilk oyun avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20.00-da start götürəcək.