Türkiyə millisinin üzvü İngiltərədə

18.07.2022 17:37 409
Dünya futbolu
İspaniyanın "Selta" klubudandan ayrılan Okay Yokuşlunun yeni klubu məlli olub.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərə davam etdirəcək.

Türkiyə millisinin üzvü "Vest Bromviç"ə transfer olunub. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Okay Yokuşlu 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Vest Bromviç"də oynayıb.