Türkiyə millisinin üzvü "Borussiya"da

23.05.2022 15:50 677
Dünya futbolu
Almaniya "Borussiya"sı (Dortmund) heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Dortmund təmsilçisi "Köln"dən Salih Özcanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Salih Özcan 2020-ci ilin yayından "Köln"də çıxış edirdi. Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb.