O da Rusiyadan getdi

17.07.2022 19:45 424
Dünya futbolu
Hvan İn Bom Rusiyanı tərk edən legionerlərin sırasına qoşulub..

O, “Rubin”lə müqaviləsinin icrasını 2022/23 mövsümünün sonuna qədər dayandırıb. Koreyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

25 yaşlı yarımmüdafiəçi “Seul” ilə birillik müddətə anlaşıb. Hvan “Rubin”də 2020-ci ildən çıxış edirdi. O, Rusiya premyer-liqasında 35 oyuna 5 qol vurub.