"Neftçi" Boluda qələbəyə həsrət qaldı - YENİLƏNİB

14.07.2022 18:54 1 154
Ölkə futbolu / Manşet
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.

"Football-plus az" xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Türkiyə klubu "Qaziantep"lə üz-üzə gəlib.

Hər tərəfin cəhdlərinə baxmayaraq görüşdə hesab açılmayıb. Bununla da "Neftçi" yay təlim-məşq toplanışındakı yoxlama oyunlarını başa vurub.

Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" digər matçda "Sivasspor"a uduzub - 0:1.

Flaqman sabah paytaxta geri dönəcək.