"Neftçi" superliqa klubu ilə qarşılaşacaq

8.07.2022 13:10 377
Premyer-liqa
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin 2-ci yoxlama oyunundakı rəqibi bəlli olub.

Football-plus.az xəbər verir ki, "ağ-qaralar" yerli "Sivasspor" komandası ilə qarşılaşacaq.

Superliqa təmsilçisi ilə oyun iyulun 11-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 16.45-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib.