Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək "Neftçi"nin yoxlama matçlarındakı rəqiblərindən biri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" "Sakaryaspor"la qarşılaşacaq. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İyulun 1-də qonşu ölkəyə yollanacaq "Neftçi" orada 3 yoxlama matçı keçirməyi planlaşdırır.