"Neftçi" superliqa klubuna uduzdu - YENİLƏNİB

11.07.2022 14:15 561
Premyer-liqa
"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərivəsində növbəti yoxlama oyununu keçirib.

Football-plus.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçilik etdiyi kollektiv Türkiyə superliqası təmsilçisi “Sivasspor”la üz-üzə gəlib.

Oyun superliqa klubunun qələbəsiylə başa çatıb – 1:0. Matçda yeganə qolu 13-cü dəqiqədə İsak Kofi vurub.

“Neftçi” Boludakı ilk sınaq matçında “Sakaryaspor”la heç-heçə edib – 1:1.

Yoxlama oyunu

11 iyul

Sivasspor – Neftçi – 1:0
Qol: İ.Kofi, 13